Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

Üsamə bin Ladeni öldürən hərbçi şəxsiyyətini açıqlayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Dəniz Pişikləri” Xüsusi Təyinatlı Bölməsinin hərbi qulluqçusu Robert O'Nil Böyük Britaniyanın “Daily Mail” qəzetinə açıqlamasında bildirib ki, “əl-Qaidə” beynəlxalq terror təşkilatının lideri Üsamə bin Ladeni məhz o məhv edib.

38 yaşlı Robert O'Nilin müsahibəsi bu ay ABŞ-ın “Fox” telekanalında yayımlanacaq.

Onun sözlərinə görə, xidmətdən vaxtından əvvəl azad olunduğu üçün bir sıra sosial güzəştlərdən məhrum edilməsi səbəbindən şəxsiyyətini açıqlamaq qərarına gəlib. Keçmiş döyüşçü zəruri olan 20 il əvəzinə, 16 il xidmət edib.

Robert O'Nil Montana ştatında anadan olub və hələ də atası ilə birlikdə yaşayır. O, 19 yaşından orduda xidmət edib, 400 hərbi əməliyyatda, o cümlədən İraq və Əfqanıstanda iştirak edib. Dünyanın 1 nömrəli terrorçusunun məhv edilməsinə görə xüsusi mükafatla təltif olunub.

Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ilin mayında ABŞ xüsusi təyinatlılarının Pakistanın Abbotabad şəhərində keçirdiyi əməliyyat nəticəsində məhv edilib. “Əl-Qaidə” liderinin cəsədi dənizə atılıb.
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18
ABŞ-DA S