Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

Bu gün “Qarabağ“ “Dnepr“i qəbul edəcək

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək.

Turnirdə Azərbaycanın yeganə təmsilçi olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.

Ağdamlılar doğma meydanda Ukraynanın "Dnepr" klubunu qəbul edəcək.
Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası öz meydanında da eyni uğuru təkrarlamağa çalışacaq.

"Qarabağ" bu oyunda qələbə qazancağı təqdirdə ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.
1040 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber