Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

İŞİD-in iraqlılar əleyhinə yeni üsulları

Nur-az.com-un MehrNews-a istinadlı məlumatına əsasən, pişmərgələrin məsul şəxslərindən biri təkfirçi terrorçuların iraqlıların daha çox tələfat verməsi üçün istifadə etdikləri cinayətkar əməllərinin üsulları barədə məlumat verib.
Adı Faxir Bəravəri olan bu şəxs deyib: İŞİD-çilər geri çəkildikləri məntəqələrdə daha çox dinc sakini öldürmək üçün yeni üsullara əl atırlar.
Terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) Mosulun şimal-qərbində yerləşən Zimar məntəqəsindən geri çəkilməmişdən qabaq dövlət təşkilatlarının binası, iaşə obyektləri, evlər, mağazalar, ticarət mərkəzləri və sənaye müəssisələrinin çoxuna bomba qoymuşlar.
Bəravəri dinc sakinlərin öz evlərinə qayıtmamışdan öncə, təhlükəsizlikdən əmin olmalarını istəyib.
O bildirib: Ötən günlərdə bu üsulla bir çox insan qurbana çevrilib.
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP