Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

AİP terrorçu İsrail rejiminə etiraz bəyanatı yaydı

Azərbaycan İslam Partiyası terrorçu İsrail rejiminə etiraz bəyanatı yaydı

İslaminsesi.org-un AİP mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyası sionist rejimin son qanunsuz əməlinə etiraz məzmunlu bəyənat yayıb.

Bəyanatda deyilir:

Müsəlmanların ilk qibləgahı Məscidül-Əqsayenə qan içindədir. Hicri təqviminin ilk Məhərrəm ayında İsrailin quldur hərbçiləri terrorçu rəhbərlərinin əmrini yerinə yetirərək Məscidül-Əqsada ibadət edən müsəlmanları avtomat silahlardan və qumbaraatanlardan atəşə tutublar. Məscidin daxili divarları, tavanı darmadağın edilib. Yaralanan müsəlmanlar canlarını qurtarmaq üçün məsciddən çıxaraq küçələrə axışıblar. Terroru həyata keçirən İsrail əsgərləri məscid ətrafındakı məhəllələrdə dinc, əliyalın insanları ölüm yayan silahlardan atəşə məruz qoymaqda davam ediblər.

İslama görə haram ayında insan öldürməyin böyük günah olmasını nəzərə almayan İsrail hərbçiləri bu terroru dövlət səviyyəsində həyata keçirməkdən çəkinməyiblər. Sionist rejimin quduzlaşmış əsgərləri məsciddəki Quran kitablarını ayaqlar altına atıblar. Müqəddəs kitablar mərmilərin yaratdığı söküntülərin altında toz-torpağa qarışıb.

İnsanlıq duyğu və düşüncələrindən məhrum olan sionist rejimin rəhbərliyi müsəlmanların kütləvi qətliamı ilə kifayətlənməyərək terroru Allahın bəşəriyyətin xilası üçün nazil etdiyi müqəddəs məkan və kitablara qarşı yönəldir və bu bəşəri cinayətin dövlət səviyyəsində olmasını dünya birliyinə həyasızcasına nümayiş etdirir.

Azərbaycan İslam Partiyası dünya müsəlmanlarını özlərinin müqəddəs məkanlarını nəyin bahasına olursa olsun qorumağa və düşmənə ciddi müqavimət göstərməyə çağırır. Dünya birliyi insanlığa, mənəviyyata, bütün inanclara qənim kəsilən qaniçən, qondarma İsrail rejiminin əməllərinə tezliklə ədalətli qiymət verməli, bu vandalizmə son qoymağı tələb etməlidir. Bütün müsəlman ölkələrin rəhbərləri təzyiq vasitəsi olaraq, terrorçu rejimin ölkələrindəki rəsmi nümayəndəliklərinin fəaliyyətini dayandırmağa, bu rejim rəhbərliyindən izahatlar tələb etməyə səy göstərməlidirlər. Azərbaycanın inanclı kəsimi fələstinli məzlum müsəlmanlara həmişə mənəvi dayaq olduqlarını bir daha bəyan edir, cinayətkar İsrail rəhbərliyini çirkin, qəddar əməllərinə görə lənətləyir.

Azərbaycan İslam Partiyası 06. 11. 2014
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı