Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

General Süleymani ön xəttə güllə keçirməz jilet geyinmir

Associated Press-in mənbələri məlumat veriblər: Curf əs-Səxərin azad olunmasında General Qasim Süleymaninin qüdrətli varlığı hiss edilir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terrorçularının Curf əs-Səxər şəhərindən geri çəkilməsindən azacıq sonra İraq televiziyası ordu tanklarının şəhərdə hərəkətini və əsgərlərin daha öncə İŞİD terrorçularının əlində olan binalarda olduğu görüntüləri yayımladı.
Bununla yanaşı İraqın özəl telekanalları bəzi video materiallar yayımladılar ki, general Qasim Süleymaninin Curf əs-Səxərdə qüdrətli varlığını və onun bu şəhərin azad edilməsindəki rolunu qabarıq şəkildə göstərirdi.
Associated Press-in hesabatına əsasən, hərbi komandirlərdən bir neçəsi İranın Qüds Briqadasının və Livanın Hizbullah təşkilatının onlarla müşavirinin Curf əs-Səxərin ön xəttində olduğunu, İraq əsgərləri üçün silah təmin etdiklərini, onlardan təqribən 7 min nəfərə təlim verdiklərini və hərbi əməliyyatlara komandanlıq etmək üçün iraqlı komandirlərlə əməkdaşlıq etmələri barədə məlumat verdilər.
Adının açıqlanmasını istəməyən İraqın yüksək rütbəli zabitlərindən biri Qasim Süleymani haqqında danışarkən deyib: O şücaətli və qorxmaz şəxsdir. Hətta ön xətdə olduğu zaman belə güllə keçirməz jilet geyinmir.
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25