Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

“Rufulla Axundzadənin xəstəliyi təsdiqlənsə də pensiyasını ala bilmir”

Vəkil məhbusların vəziyyəti ilə bağlı Birgə Qrupa müraciət edəcək

Vəkil Anar Qasımlı Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sabiq sədri, vicdan məhbusu Rufulla Axundzadə ilə görüşüb.

İslaminsesi.org-un əməkdaşı bu barədə məlumat almaq üçün vəkillə telefon əlaqəsi saxlayıb.

Anar Qasımlının sözlərinə görə, müvəkkilinin müalicəsi davam edir, səhhəti ilə bağlı ağır durumu tədricən düzəlir.
Anar Qasımlı bu məsələ ilə bağlı son yenilikləri müxbirimizlə bölüşüb:

“Rufulla Axundzadəyə bir neçə ildir ki, sağlamlıq durumuna görə pensiya kəsilir. Qaydalara əsasən, bu il yenidən tibbi müayinədən keçib. Xəstəliyi təsdiqlənsə də, pensiyasını ala bilmir. Eyni zamanda,ona ailəsi ilə 3 günlük görüş müddəti də verilmir. Səbəb kimi belə deyirlər ki, məhbus xəstə olduğu müddətdə aylıq limit bütünlüklə istifadə olunub.

Firdovsi Məmmədrzayev isə gözündəki problemlərdən şikayətlənir, tibbi müayinəyə ehtiyacı var. Mən hər iki məhbusun şikayətləri ilə bağlı İnsan Hüquqları üzrə Birgə Qrupa müraciət edəcəm.”

Vəkilin bəhs etdiyi İnsan Hüquqları üzrə Birgə Qrup isə 2014-cü ilin oktyabr ayında yaradılıb. Qrupda hökumət, parlament nümayəndələri, QHT təmsilçiləri və hüquq müdafiəçiləri təmsil olunurlar. Birgə Qrupun yaradılmasında məqsəd məhbuslarla bağlı məsələləri müzakirə edərək problemlərin həlli üçün tövsiyələr verməkdir.
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03