Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Putin: Neftin ucuzlaşmasına səbəb bir neçə dövlətin apardığı siyasətdir

Dünya bazarlarında neftin ucuzlaşmasının arxasında bir neçə dövlətin apardığı siyasət dura bilər. RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Siyasət neftin qiymətinin həmişə tərkib hissəsi olub. Hətta bəzi böhranlı məqamlarda enerji ehtiyatlarının qiymətinin formalaşmasında məhz siyasət üstünlük təşkil edir”, deyə Rusiya prezidenti qeyd edib.

Qeyd edək ki, noyabrın 6-da Brent markalı neftin qiyməti 83,5 dollar təşkil edib.

Vladimir Putin 2014-cü ilin oktyabrında bəyan etmişdi ki, neftin bir barelinin qiymətinin 80 dollar səviyyəsində qalması bütün dünya iqtisadiyyatının çökməsi ilə nəticələnə bilər./lentaz/
1024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10