Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Cəmil Həsənlinin şəklindən qorxan hakimiyyət

Polis hələ də prezidentliyə namizədin portretini «axtarır»

2013-cü il prezident seçkisi ərəfəsi Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin bölgələrdə seçki qərargahının yaradılmasına əngəl törədilməsinə baxmayaraq, KXCP Sumqayıt şəhər şöbəsinin qərargahı olduğundan KXCP, AXCP, Müsavat və digər demokratik qüvvələrin dəstəkçiləri monolit bir təşkilat kimi ortaya güc qoya bilmişdi.

Təbliğat və təşviqat ərəfəsində qərargah kənardan nəzarət altında fəaliyyət göstərirdi. Buna baxmayaraq seçki qərargahı cəmiyyət arasında təbliğat işlərini qura bilmişdi. Cəmil bəyin təbliğat-təşviqat kampaniyasına start veriləndən sonra qərargahın qapısının üstündən (3mx1m) namizədin qərargah lövhəsi və onun portreti asılmışdı.

Ancaq 11 oktyabr 2013-cü ildə səhər saat 09.00-da seçki qərargahının üzvləri qapını açarkən lövhə və portretin oğurlandığının şahidi olublar. Məlum olub ki, lövhəni ağır texnikadan istifadə edərək götürüblər. Bunu deməyə səki daşlarında ağır texnikaya məxsus rezin protektrinin qalan izləri əsas verib.

Bir daha əmin olduq ki, bu oğru hakimiyyət Cəmil Həsənlinin şəklindən də qorxur. Prezident “seçkiləri” başa çatmasına baxmayaraq, lövhənin və portretin qərargahın önündə qalması, Konstitusiya Məhkəməsi seçkinin nəticələrini elan edəcək günə qədər, qanun pozuntusu sayılmır.

Ancaq, kölgəsindən qorxanları təlaşlandıran həm də Cəmil bəyin portreti idi. Portret yox olsa da, Cəmil bəy televiziya debatlarından sonra əbədi olaraq xalqımızın qəlbinə həkk olundu.

Sumqayıt IH-də olan mənbəmizin ötürdüyü məlumata görə, portretin oğurlanması Sumqayıt IH başçısı Eldar Əzizovun tapşırığına əsasən həyata keçirilib.

“Oğurluq” hadisəsindən dərhal sonra Cəmil Həsənlinin Sumqayıt seçki qərargahının səlahiyyətli nümayəndələri Sumqayıt Şəhər Polis Idarəsinə ərizə ilə müraciət etmişdi. Prezident “seçki”sindən bir il keçməsinə baxmayaraq, “oğurluq” haqqında ərizəçilərə hələ də heç bir məlumat verilməyib./azadlıq/
1033 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25