Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Ötən həftə 40 azərbaycanlı ailə Suriyaya gedib

Ötən həftə 40-a yaxın azərbaycanlı vəhhabi ailə Suriyaya getmək üçün Türkiyə ərazisinə keçib. Bu barədə AzadXeber.az-a Fizulidən məcburi köçkün düşən Fərhadovlar ailəsi məlumat verib. Hazırda sözügedən ailənin 3 oğlu xanımları ilə birgə Türkiyə və Suriya ərazisindədirlər.

Verilən məlumatda o da qeyd edilir ki, ümumilikdə Fərhadovlarla birgə, ötən həftə Suriyaya getmək üçün Türkiyə ərazisinə 40-a yaxın azərbaycanlı ailə daxil olub. Ailələrinin bir hissəsi Suriyaya keçməyə nail olsalar da, digərləri hələki Türkiyədə gözləyirlər.

Kişilər saqqalını qırxaraq, qadınlar isə hicablarını açıb kosmetikadan istifadə edərək Azərbaycandan çıxmağa nail olublar. Ailələrin böyük əksəriyyəti evlərini və əşyalarını sataraq Azərbaycandan birdəfəlik getdiklərini söyləyiblər. Fərhadovlardan gedən ailə üzvlərinin adlarını sizlərə təqdim edirik:

Fərhadov Məhəmməd Mehdi oğlu. Təvəllüd: 1982-ci il

Fərhadov Seymur Mehdi oğlu. Təvəllüd: 1984-cü il

Fərhadov Rahidə Çingiz qızı. Təvəllüd: 1989-ci il

Fərhadova Şəfiqə. Təvəllüd: 1989-cu il

Fərhadova Cəmalə Mehdi qızı. Təvəllüd: 1984-cü il

Fərhadov Vüqar Kərəm oğlu. Təvəllüd: 1979-cu il

Ər-arvad olan Fərhadov Vüqarla Fərhadova Cəmalə 25.10.2014-cu il tarixində Suriyaya keçməyə nail olublar.

Yerdə qalanları isə oktyabr ayın 29-da Suriyaya keçə biliblər.

Baş verənlərdən sonra valideynlər və ailələr şoka düşüblər. Ailənin bəzi üzvləri dünəndən etibarən hüquq mühafizə orqanlarına çağırılaraq dindirilirlər. Fərhadov Məhəmməd isə getməmişdən öncə evini sataraq "əxi" deyilən qardaşları arasında bölüb. Fərhadov Seymurun evi qaynatasının adına olduğuna görə, yalnız evin əşyalarını sata bilib.

Gedənlərin hər biri ölkəni müalicə adı altında tərk ediblər. Lakin dünən ailə üzvlərinə zəng edərək halallıq istəyiblər və bildiriblər ki, biz bir daha geri qayıtmayacağıq.

Valideynlər bu barədə 102-yə xəbər versələr də, polisdən bildiriblər ki, baş verənlər onların səlahiyyətində olan bir məsələ deyil.
1081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı