Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Kobanidə 3000 İŞİD-çı, 250 kürd öldürülüb

Kobani bölgəsində döyüşün 53-cü günündə peşmərgənin ağır silahlarla cəbhəyə getməsi güc tarazlığına təsir edib.

Türkiyə KİV-nin xəbərinə görə, İŞİD Kobani döyüşü boyunca ən çox şərq cəbhəsində şəhərə doğru irəliləyərkən, cənubda da nəzarəti ələ almış vəziyyətdədir. Təşkilatın ən az zəif olduğu bölgə isə qərb cəbhəsidir.

Şərq cəbhəsində Qanıya Qurda məhəlləsinə və tərəvəz bazarının olduğu bölgəyə girən İŞİD indiyə qədər YPG-nin polis və ədliyyə binasını ələ keçirib. Şəhərin mərkəzinə ağır silahlar istifadə edərək girən İŞİD burada ciddi müqavimətlə qarşılaşıb.

Kobaninin bütün kəndlərini alan İŞİD şəhərdə müqavimətlə qarşılaşın 13 dəfə bombalı avtomobillərlə intihar hücumları təşkil edib. Lakin bombalı avtomobillər patlaaılmadan YPG tərəfindən məhv edilib.

Kobanində təxminən 2 min YPG döyüşçüsü və 1500 vətəndaşın olduğu təxmin edilir.


YPG sözçüsü Polat Can isə 53 gündür yaşanan qarşıdurmalarda 250 YPG üzvünün həyatını itirdiyini deyib. O, 3 minə qədər İŞİD üzvünün də öldürüldüyünü iddia edib.
954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı