Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Əl-Cəfəri: Terrorçuların tranziti dayandırılsın

İraq və Türkiyənin xarici işlər nazirləri Ankarada iki ölkə əlaqələri arasında yeni səhifələrin açılmasına işarə ediblər.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Türkiyədə səfərdə olan İraq xarici işlər naziri öz həmkarı ilə görüşüb. Onlar İŞİD-in məhv edilməsi üçün strategiya planının hazırlanması və İŞİD əleyhinə koalisiya qüvvələrinin hava zərbələrilə kifayətlənmək barədə fikir bildiriblər.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu birgə mətbuat konfarnsında bildirdi ki; İraqın müdafiə və baş nazirləri Türkiyədən öz polis və hərbiçilərinə təlim verməyi istəyiblər.
Biz bütün gücümüzlə İraqdakı siyasi vəhdəti, ölkənin ərazi bütövlüyünü və kənar müdaxilə və təhdidlərin ram edilməsini dəstəkləyirik.
İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri konfransda deyib: Təkfirçilərin tranziti və ya təlimi dayandırılmalıdır.
O iki tərəf arasındakı əlaqələrin keçmişinə işarə edərək deyib: İŞİD-in məhv edilməsi strateji təhlükəsizlik sistemi yolu ilə və onun maliyyə təminatı mənbələrini sıradan çıxarmaqla mümkündür.
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07