Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Ermənistan “Dağlıq Qarabağı” danışıqlar masasına qaytarmaq istəyir

İ.Əliyev S.Sərkisyanla noyabrın 19-da görüşəcək.

Bu məlumatı Ermənistanın “Qraparak” qəzeti diplomatik mənbələrə istinadla yazıb. Ancaq görüşün dəqiq yeri bəlli deyil. Qəzetin iddiasına görə, bu görüş ya Vyanada, ya da Sürixdə baş tutacaq.

Qəzet “görüş naminə görüş” kimi dəyərləndirdiyi bu görüşdən ciddi nəticələr gözləmir: “ABŞ sülh danışıqlarının hələ dalana dirənmədiyi təəssüratını yaratmaq istəyir və Rusiyanın Cənubi Osetiya və Abxaziyada həyata keçirdiyi ssenarinin bu problemə tətbiqinə mane olmaq istəyir”.

Dolayısı ilə Rusiyanın Qarabağa ordu yeritmək imkanına diqqət çəkən erməni mənbələri görüşdə Ermənistanın “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar stoluna keçirilməsi üçün” təkid edəcəyini də vurğulayıb. Qeyd edək ki, Azərbaycanın yeni Müdafiə naziri Zakir Həsənovun təyinatı Ermənistanda həyacanla qarşılanmşdı və peşəkar zabitin ordunun başına keçməsi və islahatlarını erməni mediası Azərbaycanın müharibəyə hazırlığı kimi dəyərləndirmişdi. Bura Azərbaycanın son illər hərbiyə yatırdığı vəsaiti artırmasını və sürətlə silahlanmasını əlavə edən erməni ekspertlər narahatlıqlarını ifadə etmişdilər.

Görünür, “Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması təkidi” ictimai narahatlığa köklənən təbliğatdır.
1911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45