Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Ənasrullah əl-Qaidəni əl-Xuxə şəhərindən çıxardı

Yəməndəki husi şiələrin Ənsarullah təşkilatı əl-Qaidəyə bağlı parçalanma tərəfdarları ilə qarşıdurmada onları strateji əl-Xuxə şəhərindən qovmağa müvəffəq olublar.
Nur-az.com-un Press TV-yə istinadlı məlumatına əsasən, bu şəhər Qırmızı dənizə bir başa çıxışı və Bab əl-Məndəb boğazına yaxınlığına görə strateji şəhər sayılır. Hazırda Yəmən dövlət qüvvələri bəzi hərbi obyektləri Ənsarullah qüvvələrinə təslim ediblər.
Bu hadisə Ədən şəhərinin əl-Qaidə terrorçularından təmizlənməsindən cəmi bir gün sonra baş verib.
Ənsarullah döyüşçüləri əl-Qaidə terrorçularını Rəda və Səda şəhərlərindən də çıxmağa məcbur etmişdilər. Onlar həmçinin oktyabrın 29-da Ridma şəhərinə nəzarəti də əl-Qaidədən geri almışdılar.
Ənsarullah hərəkatının rəhbəri Əbdülməlik Husi son zamanlar ölkə hakimiyyətini təkfirçi terrorçuların təhdidləri qarşısında təhlükəsizliyi təmin edə bilməməkdə ittiham etmişdi. O noyabrın 4-də dedi: Qarşıdurma yaradanlar ölkənin hər bir tərəfinə elə bir formada yayılıblar ki, təhlükəsizlik və dövlət qüvvələri onlarla mübarizə aparmağa qadir deyil.
Əl-Qaidə terrorçuları dəfələrlə Yəmənin təhlükəsizlik qüvvələrinə hücum etmiş və dəfələrlə Ənsarullahın şiə döyüşçülərilə qarşıdurmalar yaratmışlar.
Qeyd edək ki, əl-Qaidənin Yəməndəki fəallığı 2012-ci ilin fevral ayından, Əbdurəbbih Mənsur Hadinin ölkədə iqtidara çatmasından sonra daha da intensivləşib.
965 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...