Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Boko Haram 21 dinc sakini öldürdü

Nigeriya parlamentinin deputatı Mayna Maci Lavan noyabrın 6-sı deyib ki, Borno əyalətinin Malam Fatori şəhərində baş vermiş qarşıdurmada 21 nəfər dinc sakin Boko Haram terror qruplaşması tərəfindən öldürüb.
Nur-az.com-un Press TV-yə istinadlı məlumatına əsasən, Lavan deyib: Boko Haram üzvləri Malam Fatori şəhərinə hücum etmək istəyib. Lakin güclü müqavimətlə rastlaşıblar. Müqavimət qüvvələri əvvəlcə terrorçuları geri çəkilməyə məcbur etdilər. Şəhər əhalisi və əsgərlər elə fikirləşdilər ki, artıq döyüş bitmişdir. Lakin terrorçular daha çox şəxsi heyəti və bir zirehli texnika da olmaqla çoxlu maşını səfərbər etməklə şəhərə yenidən hücum etmişlər. Onlar əsgərlərə qələbə çaldılar və onları geri çəkilməyə məcbur etdilər. Terrorçular şəhərə daxil oldular və hamını gülləyə tutdular. Onlar 21 nəfəri öldürdülər.
Qeyd edək ki, terrorçu qruplaşma olan Boko Haram-ın mənası, “qadağan edilmiş təlim” deməkdir. Qruplaşmanın məqsədi Nigeriya dövlətini devirməkdir.
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...