Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Polşa Rusiya birləşdirilsin

Polşanın Rusiya ilə birləşməsi tələb olunur
“Varşavadan Port Artura qədər olan bütün ərazilər Rusiyanındır” - iddia

Rusiyada özlərini “Başqa Rusiya” adlandıran qanunsuz siyasi təşkilatın fəalları Polşanın Moskvadakı səfirliyinə qatı tüstü buraxan alətlərlə hücum ediblər.

İnterAz ANSPRESS-ə istinadən məlumat verir ki, icazəsiz aksiyanın gedişində qrup üzvləri “Varşavadan Port-Artura qədər olan bütün ərazilər Rusiyanındır” deyə imperialist şüarlar səsləndiriblər. Fəallar, imperiya dövründə olduğu kimi, Polşanın Rusiyanın ərazisinə birləşməsini tələb ediblər.

Polis aksiyada 3 fəalı saxlayıb. Qeyd edək ki, bundan 2 gün əvvəl oxşar “tüstülü” etiraz aksiyası, Rusiyanın Polşadakı səfirliyi qarşısında polşalı millətçilər tərəfindən keçirilmişdi.

Qeyd edək ki, Varşava ilə Moskva arasında əsrlər boyu ərazi qalmaqalları olub. Habelə, Rusiya ilə Polşanın arasını vurmuş ən son hadisə, 2010-cu ildə Rusiyanın Smolensk şəhərində baş verib, göyərtədə olan Polşa prezidenti və 95 nəfərin ölümü ilə nəticələnmiş təyyarə partlayışı olub.
2091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27
Suriya ordus