Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Pəhrizsiz arıqlamağın 10 yolu

Arıqlamaq, gözəl formada qalmaq, lakin gününzü pəhrizlə keçirmək istəmirsiniz? Bu təklif sizin üçündür....
Pəhriz etmədən formada qalmaq istəyənlər üçün 10 ideal yol:

Özünüzü məhrum etməyin
Ürəyiniz istəyən şeylərdən tamamilə əl çəkməyin. Amma çalışın bəzi şeyləri, xüsusilə şokolad, şiniyyatı bir ədəd yeməklə kifayətləsiniz.

Yuxusuz qalmayın
Metabolizmanın sürətlənməsi üçün yuxunun böyük payı var.

İdman imkanını qaçırmayın
Hər imkanda idman hərəkəti edin. Məsələn, lift yerinə pilləkən, aşın yerinə piyada gəzməyi seçin.

Duyğuları yeməyə qatmayın
Xüsusilə qadınlar duyğularını yeməyə qatmağı sevirlər. Bəziləri kədədrlənəndə, bəziləri isə sevinəndə yemək yeyir. Çalışın bu hissləri meyvə ilə ötürün.

Yaşıllıq
Yeməkdən öncə salat yeyin. Boşqabınıza salatı çox qoyun ki, isti yemək üçün mədənizdə yer az qalsın.

Səhər yeməyi
Səhər yeməyi həm pəhriz, həm də sağlamlıq üçün çox vacibdir. Səhər yediyiniz bütün gününüzə təsir edir.

Tərəzidən qaçmayın
Qadınlar gerçəklərdən qorxduqları üçün tərəzilərdən qaçmağa başlayırlar. Amma bu sizi arıqlatmayacaq. Gerçəkliklə üzləşmək və dəyişiklik görən kimi bir an öncə hərəkətə keçmək lazımdır.

Kompleksiz olun
Arıq olmaq həmişə sağlam olmaq deyil. Artıq kilolarınıza görə, özünüzə qapanmayın və özünüzü olduğu kimi sevin.

Dolana qədər yox,doyana qədər
Yavaş-yavaş yemək doymaq hissini anlamağınıza yardım edə bilər. Tez tez yeyəndə hən dayanmaq, həm də toxluq hissini hiss etmək çətinləşir.

Seçici olun
Ən zəngin süfrədə olsanız belə boşqabınızı hər şeylə doldurmayın. Hər şeydən az-az yeməyə çalışın.
1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı