Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Məşhədə gedənlərə şad xəbər

Prezident Həsən Ruhaninin Bakıya səfəri zamanı Azərbaycan və İran arasında Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı sənəd imzalanacaq.

Bunu Trend-ə hazırda Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Əli Əlilu deyib.

Ə.Əlilu bildirib ki, aviareysin açılması Azərbaycan və İranın şimal-şərq əyalətləri, o cümlədən Xorasan Rəzəvi əyaləti arasında qarşılıqlı ticarət əlaqələrinin qurulmasına imkan yaradacaq.

Qeyd edək ki, bundan öncə İranın Azərabycandakı səfiri Möhsün Pakayin demişdi ki, Bakı-Məşhəd aviareysinin açılması üçün “Azərbaycan Hava Yolları” QSC və “İran Air” şirkətləri arasında müzakirələr aparılıb.
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu