Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2014

Milli Şuranın mitinqi noyabrın 9-da olacaq

Hakimiyyət Milli Şuraya qarşı yenə təxribata əl atdı

Milli Şura fövqəladə iclas keçirərək mitinqin noyabrın 9-da keçirilməsinə dair qərar çıxarıb. Bununla bağlı AXCP sədri Əli Kərimli də Facebook səhifəsində status paylaşıb:

"Dostlar, Milli Şuranın mitinqi ilə bağlı hökumətin yeni təxribatından xəbəriniz var? Milli Şura əvvəlcədən mitinqi 9 noyabrda etmək istəyirdi. Amma sonradan nəzərə aldıq ki, 9 noyabr “Bayraq günü” bayramına düşdüyü üçün hökumət həmin gün mitinq keçirilməsinə mane ola bilər. Buna görə də mitinqimizi 10 noyabra təyin etdik. Təbii ki, icra hakimiyyətinə də müvafiq müraciət göndərildi.

10 gündür 10 noyabr mitinqinə hazırlıq gedir. İndi mitinqə 2 gün qalmış icra hakimiyyəti bildirir ki, mitinqin yalnız 9 noyabrda keçirilməsinə razılıq verib, 10 noyabrda yox. Aydındır ki, məqsəd bizim mitinq hazırlığımızı pozmaq, mitinqin kütləviliyinə mane olmaqdır. AXCP və Milli Şura olaraq çətin seçim qarşısında qaldıq. Hazırkı mərhələdə razılaşdırılmamış mitinqləri məqsədəuyğun saymadığımızdan iki seçimimiz var idi. Ya mitinqi 9 noyabrda keçiririk, ya da mitinqin keçirilməsi daha sonrakı vaxta təxirə salınır. Müzakirələrdən sonra qərara gəldik ki, mitinqi 9 noyabr (bazar günü) saat 3-də “Məhsul” stadionunda keçirək.

Bilirik ki, müxalifətin mətbuat imkanlarının minimuma endiyi indiki vaxtda bu məlumatı 2 gün ərzində ölkə əhalisinə çatdırmaq çox çətin olacaq. Amma ilk növbədə sizlərin – sosial şəbəkə fəallarının dəstəyinə bel bağlayaraq bu qərarı verdik. Sizlərin bu məlumatı maksimum yayacağınıza ümid edirik.
966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat