Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

43 tələbəni qətlə yetirənlər tapıldı

Meksikanın İquala şəhərində oğurlanan 43 tələbə “Qerrero unidos” adlı cinayətkar qruplaşmanın qurbanı olub.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bunu Meksikanın Baş prokuroru Xesus Murilyo Karam bəyan edib.

Onun sözlərinə görə, bu yaxınlarda saxlanılan qruplaşmanın üç üzvü tələbələrin qətlində iştirak etdiklərini etiraf edib. Məlum olub ki, qatillər əvvəl tələbələri güllələyib, sonra isə yandıraraq cəsədlərini torpağa basdırıblar.

Sentyabrın 26-da İqualada polis əməkdaşları silahlı mülki şəxslərin müşayiəti ilə təhsil islahatlarına qarşı etiraz aksiyası keçirən tələbələrə hücum ediblər. İstintaq zamanı müəyyən edilib ki, iğtişaşlardan dərhal sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər.
950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48