Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

Berlin divarında Qorbaçovun əl izi

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov Berlin divarının yıxılmasının 25-ci ildönümü tədbirlərində iştirak etmək üçün Almaniyaya gedib.

Mixail Qorbaçovun səfəri əsnasında alman kansleri Angela Merkellə görüşəcəyi planlaşdırılır.

Ötən gün “Sülh üçün sinema” adlı tədbirlər çərçivəsində Qorbaçovun vətəndaşlarla görüşü təşkil edilib. Tədbirdə turistlər və jurnalistlər qarşısında çıxış edən M.Qorbaçov Berlin divarından qalan böyük bir daşın üzərinə əl izlərini basıb.

O, Berlinə tez-tez gəlmədiyni, şəhərin və Almaniyanın dəyişdiyini gördüyü üçün xoşbəxt olduğunu bildirib.

“Şərqi Almaniyaya ilk dəfə 1966-cı ildə gəldiyimi xatırlayıram. Çox sayda dağılmış binalar, qapqara hisə bürünmüş bir şəhər görmüşdüm. İndi isə hər şey fərqlidir. Hər şey dəyişib, yepyeni bir vəziyyətlə qarşı-qarşıyayıq.” – deyə M.Qorbaçov səsləndirib.

Qeyd edək ki, Almaniyada bu gün Berlin Divarlarının yıxılmasının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. 1961-ci ildə tikilən divarlar anti-faşizmin rəmzi kimi tarixə düşüb. 1989-cu ildə divar yıxılmış, Şərqi və Qərbi Berlin birləşmişdi./ans/
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber