Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

Darçın - təbii antibiotik

Darçın dünyada ən tanınmış və yayılmış ədviyyatlardan biridir.
Keçmişdə darçın çox bahalı idi. Şərq ölkələrdən Avropaya gətirilən bu ədviyyatın 1 kiloqrammına hətta 1 kiloqramm qızıl verilirdi. Darçın Hindistanda, Misirdə və bəzi digər isti ölkələrdə bitən "sinnamon" ağacın qabığıdır. Ağacların qabığı soyulur və qurudulur. Qurumuş qabıq burulur və kiçik borucuq formasını alır. Darçın həm belə kiçik borucuqlar, həm də üyüdülmüş şəkildə satıla bilər. Borucuq şəklində olan darçın daha təzmiz sayılır.
Darçının faydalı xüsusiyyətləri onu əsl təbbi müalicəvi vasitə kimi qəbul etməyə imkan verir. Darçın efir yağları, antioksidantlar, vitamin (B qrupu, fol turşusu və s.) və mikroelementlərlə (maqnezium, dəmir, kalsium) zəngindir.
Darçını "təbii antibiotik" adlandırırlar. Nadir xüsusiyyətlərinə malik olan bu ədviyyat müxtəlif bakterilər, viruslar və göbələklərlə uğurla mübarizə aparır. Bu bakterilərin arasında: mədə və 12 barmaq bağırsağı xorasına səbəb olan Helicobacter pilori bakteriləri, bağırsaq çöpü və s. və həmçinin Candida göbələkləridir.
İltihabəleyhinə təsirinə malik olan darçın soyuqdəymə və qripp zamanı uğurla istifadə oluna bilər. İlıq suya 1 çay qaşığı bal və 1/4 qaşığı darçın əlavə edin və gün ərzində 3 dəfə için.
Darçın insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.
Bu ədviyyat mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir - mədənin fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır, antiseptik təsir edir.
Darçın orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan, qurdlardan təmizləyir, hətta xərçəngəleyhinə təsir edir.
Darçın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, qorxu, narahatçılıq, streslə mübarizə etməyə kömək edir. Bunun üçün darçını sadəcə iynəmək kifayətdir.
Darçın beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Uşaqlara müxtəlif sıyıqlar, un məmulatları bişirdikdə ora mütləq darçın əlavə edin.
Darçın orqanizmi artıq xolesterindən təmizləyir.
Darçın qanı duruldur, damarlarda trombların əmələ gəlməsinə mane olur.
Şəkərli diabet xəstəliyi olan insanlara da darçın xeyir gətirə bilər. Darçın qanda şəkərin səviyyəsini aşağı salır.
Darçın arıqlamağa da kömək edir. Sizə arıqlamaq üçün olan kokteylin reseptini təqdim edirik: 200 qr yağsız kefir götürülür, ora 1/2 çay qaşığı uyüdülmüş darçın və 1/2 çay qaşığı üyüdülmüş zəncəfil əlavə olunur və yaxşı qarışdırılır. Belə kokteyl piylərin daha tez əriməsinə kömək edir. Gün ərzində 1 stəkan kokteyl qəbul etmək olar./Saglamolun/
1485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44