Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

Şəhid olana qədər Hacı Qasimlə olan şair – Fotolar

Evdən çıxıb müharibə cəbhələrinə doğru yola düşəndə tam yəqini var idi ki, şeirlərində sözü keçən sülhü əldə etmək üçün müharibə yolunu keçməlidir. Elə bir müharibə ki, burada musiqi və avaz yoxdur. Ətrafında olan hər bir şeyi udur. Lakin nəticədə insana elə bir şücaət sənədi verir ki, dünyanın heç bir universitetində o sənədi insana vermirlər.
Nur-az.com-un ABNA.ir-a istinadlı məlumatına əsasən, 1988-ci il təvvəllüdlü iraqlı şair Əli Rəşm 4 ay öncə təkfirçi terrorçularla müharibə etmək üçün şeirlərini götürüb İraq ordusuna qoşularaq Amirli şəhərinə yola düşdü.
O bir neçə gün öncə Curf əs-Səxər bölgəsində terrorçularla qarşıdurmada yaralandı. Xəstəxanaya çatdırılsa da uca şəhadət məqamına qovuşdu.
“Əs-Sadiqun” hərəkatının rəisi Həsən Salim İraq parlamentində Əli Rəşmin şəhadəti haqqında belə deyib: Şəhid Əli Rəşm öz vətənini qorumaq üçün İraqın sərhədlərindən çox uzaqlardan gəlmiş düşmənlərlə döyüşdü. O döyüş meydanında qəhrəmanlıq və fədakarlığın ən şücaətli görüntülərini yaratdı. Rəşm öz vətəni yolunda hər an fədakarlığa qalxmağa hazır olan İraq gəncinin aydın nümunəsidir.
İraqlı senarist Hamid əl-Maliki onun haqqında deyib: Əgər mən də şair olsaydım, öz qələmimi götürərdim və qəzetləri 40 gün müddətində Əli Rəşmin vəsfində olan şeirlərlə doldurardım.
Şəhid Əli Rəşm şəhadətindən bir neçə gün öncə İŞİD-lə müharibə cəbhələrində dahi komandan Hacı Qasim Süleymani ilə birgə olmuşdur.
Bu şəhid və Qasim Süleymanidən yayımlanan fotolardan məlum olur ki, o iranlı komandana rəğbətini gizlətmir və generaldan bir addım da ayrılmır.

Fotoları sizə təqdim edirik:


1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10