Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

9 noyabrda meydanda ol!

Mitinqə gəl və sənə yuxarıdan aşağı baxanlara yuxarıdan düşməyin mümkünlüyünü xatırlat

Milli Şura yarandığı gündən hakimiyyət yeganə və real alternativ kimi qəbul edilib. Hakimiyyət müxtəlif vasitələrlə bu qurumu dağıtmağa çalışsa da, nəticə effektsiz olub. Əksinə, Milli Şura təmizlənib, monolit bir quruma çevrilib və prinsipial mövqeyini davam etdirir.

Təbii ki, Milli Şuranın istənilən təşəbbüsü hakimiyyət üçün arzuolunmazdır. Ona görə də hər dəfə qurumun həyata keçirdiyi tədbirlərə maneələr yaratmağa çalışılır. Repressiyaların artdığı bir dövrdə, Milli Şuranın 12 oktybar mitinqini reallaşdırması və minlərlə insanın bu mitinqə dəstək verməsi, hakimiyyətin “təzyiq”ini qaldırdı. Məhz bu təzyiqin nəticəsidir ki, hökumətimiz “IŞID”-çi donuna da girməyi özünə rəva bildi.

Əlbəttə ki, bütün təxribatlar kimi bu təxribat da ifşa olundu və hakimiyyətin maskası növbəti dəfə cırıldı.

Siyasi məhbuslara azadlıq və ölkədəki sosial problemlərə işıq salmaq, məqsədilə Milli Şura növbəti mitinq qərarı verdi və bu istiqamətdə təbliğat kampaniyasına start verildi. Bu dəfə hökumət mitinqin vaxtına “barmaq” etdi və noyabrın 9-una icazə verildi. Təbii ki, bu qərar mitiniqin təbliğatına zərbə vurmaq və mitinqə gələnlərin sayının azaldılmasına nail olmaq üçün verilmişdi.

Ancaq, hökumət bu dəfə də yanılır. “IŞID” təxribatını dəf edən insanlar, 1 günün hiyləsini də puç edəcəklər. Yəni mitinqin bir gün geri çəkilməsi təbliğatın daha da güclənməsinə səbəb olacaq.

Onsuz da bütün mitinqlər bazar günü keçirilib. Əgər hökumət bizdən ənənəyə sadiqlik tələb edirsə, bunu da edərik.

Deyirlər, hər pislikdə bir xeyir var. Gəlin elə düşünək ki, bu qərar mitinqin daha da kütləvi keçirilməsini təmin edəcək. Hökumət onsuz da özünə quyu qazmaqda mahirdir. Bəlkə bu qərar da “quyu”nun dərinləşməsinə xidmət edəcək.

Birdə ki, ədalətsizliyə, qanunsuzluğa, yalana, yaltaqlığa, saxtakarlığa, etiraz edən insan üçün günlərin heç fərqi olmamalıdır. Insan ədalət hissini həftənin günlərinə görə yaşamır. Yağışda, çovğunda, qarlı havada meydana gəlib, haqqını tələb edən vətəndaş üçün vaxt tələsi maneə ola bilməz.

Əslində, mitinq qərarının dəyişdirilməsində də böyük bir ibrət var. Əgər hakimiyyət bu mitinqdəki kütləviliyi azaltmaq, insanları hədəfdən yayındırmaq üçün, bütün vasitələrə əl atırsa, vətəndaşlar niyə eyni israrla hərəkət etməsin?

Bizim prinsipsiz olduğumuzu düşünüb, vaxt fərqi yaradan hakimiyyətə ikiqat prinsipiallıq nümunəsi göstərməliyik.

Əminəm ki, bu ölkədə AzTV-lərdən imtina edən, məmurların özbaşınalığında bezən, yalançı uğurlara aldanmayan milyonlarla insan var. Ancaq, bu insanların susqun vəziyyəti hakimiyəti həvəsləndirir və daha qanunsuz əməllər törətməyə stimul verir.

Meydana gəl, sözünü de və kölə olmadığını sübuta yetir. Sənə hörmət etməyən, haqqını yeyən, səni dilənçi vəziyyətində yaşamağa məhkum edən hakimiyyətə münasibətini ifadə et.

Bu xalqın meydanlara kənardan baxması, hakimiyyətin meydan syulamasına səbəb olub.

Əziz vətəndaş, noyabrın 9-u meydana gəl və bu meydanı öz cəsarətinlə sula. O zaman sənə meydan oxuyanların meydanı daralacaq. O zaman sənin ayağına gələcəklər. Nə qədər ki, hakimiyyət qarşısında hesabat verəcəyi qüvvəni görməyib, geri çəkilməyəcək.

Bir addım irəli at ki, 10 addım geri çəkilsinlər.

Əziz vətəndaş, mitinqə gəl və sənə yuxarıdan aşağı baxanlara, yuxarıdan düşməyin mümkünlüyünü xatırlat.

Bu ölkə bir qrup olliqarxa deyil, 9 milyonluq xalqa məxsusdur./azadlıq/
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17