Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Mursi tərəfdarları küçələrə çıxdı

Misirin hakimiyyətdən devrilən və hazırda həbsdə olan sabiq dövlət başçısı Məhəmməd Mursini dəstəkləyən minlərlə adam paytaxt Qahirə və digər şəhərlərdə etiraz yürüşü keçiriblər.

“Axar.az”ın xəbərinə görə, yürüş zamanı Mursinin şəkillərini daşıyan və şüarlar səsləndirən etirazçılar Rabiya Əl Ədəviyə işarəsi tutaraq, Mursiyə dəstək şüarları səsləndirdilər. Bəzi misirlilər də evlərinin balkonundan bayraq yelləmək və alqışlamaqla etirazçı qrupa dəstək verib.
Vəkilləri vasitəsilə özünü dəstəkləyənlərə təşəkkür edən Mursi, "Sizin göstərdiyiniz stabillik və səbir ilə mən daha çox səbirli oluram", - deyib.
2164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber