Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

"ABŞ mühasirəyə alınan İŞİD-ə yardım edib"

İranın Baş Qərargah rəisinin müavini: “ABŞ bir neçə gün öncə İraq ordusu tərəfindən mühasirəyə alınan İŞİD yaraqlılarına yardım edib”

İranın Baş Qərargah rəisinin müavini, general Məsud Cəzayiri ABŞ-ı İraq ordusu tərəfindən mühasirəyə alınan İŞİD yaraqlılarına hərbi yardım göndərməkdə ittiham edib.

İRNA-nın verdiyi xəbərə görə, general Cəzayiri ABŞ-ın İŞİD-ə qarşı mübarizəsinin yalan olduğunu bildirib: “ABŞ və rəhbərlik etdiyi koalisiya bir neçə gün öncə Diyaləyə bağlı Celavla nahiyəsində İraq hökumət ordusu və əhali tərəfindən mühasirəyə alınan İŞİD terror qrupunun yaraqlılarına havadan silah, qida və tibbi yardım edib”.

“ABŞ İŞİD-in meydana çıxdığı ilk gündən bu terrorçu qrupa yardım edir”, - deyə İranın ali hərbi rəsmisi əlavə edib./apa/
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50