Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

Qara rəngli qidaların faydaları

Qara rəngli paxlalı bitkilər və qara rəngli meyvə-tərəvəzlər tərkibindəki bol miqdarda vitamin və mineralalr sayəsində sağlamlıq mənbəyi hesab edilirlər.

Qidalara qara rəng verən maddə onları antioksidant baxımından açıq rəngli meyvə və tərəvəzlərdən daha güclü hala gətirir.

Bəs sağlamlıq üçün ən faydalı qara rəngli qidalar hansılardır?

Qara lobya

Zülal, lif və vitaminlə zəngin olan qara lobyanın tərkibində 8 fərqli flavonoid var. Flavonoid adlı maddə təbii antioksidantdır. Bu maddə qidanın tərkibindəki piqmentlər və vitaminlərlə birlikdə hərəkət edərək hüceyrələrin yenilənməsini sürətləndirir.

Böyürtkən

Ən güclü antioksidant meyvələrdən biri hesab olunur. İmmunitet sistemini gücləndirir və xərçəng xəstəliyinə qarşı orqanizmin müqavimətini artırır.

Qanı duruldur və qan şəkərini tənzimləyir. Bu baxımdan şəkər xəstələri üçün çox faydalıdır. Ağızdakı infeksiyaların aradan qaldırılmasına kömək edir. Böyürtkən həm də sidikqovucudur. C, E və K vitamini, fol turşusu, maqnezium, kalium, manqan və fosfor deposudur.

Çörəkotu

Tərkibindəki “thymoquinone” adlı maddə sayəsində astmadan, rematizmaya, həzm  sistemi xəstəliklərinə kimi bir çox problemi həll etməyə qadirdir.

Araşdırmalar çörəkotunun antioksidant olduğunu sübut edib. Çörəkotu xərçəng hüceyrələrinin yayılmasının və xərçəng şişlərinin yaranmasının qarşısını alır.

Zülal, karbonhidrat, omeqa 3 yağı, kalsium, kalium, sink, dəmir, maqnezium, həmçinin A, B, C vitaminləri baxımından olduqca zəngindir. İmmuniteti gücləndirir, tez-tez qrip və soyuqdəymədən əziyyət çəkənlər üçün də ideal qidadır.

Qara düyü

Qəhvəyi rəngli düyünün ağ düyüdən daha faydalı olduğu deyilir. Ancaq qara düyü hər ikisindən də yaxşıdır. Tərkibində bol miqdarda E vitamini var. Antioksidant deposudur. Dəmir və zülal baxımından da olduqca zəngindir.

Qara soya paxlası

Koreyada aparılan araşdırmaya görə, qara soya paxlası yeyən insanların trombozla (damar divarında qan laxtasının əmələ gəlməsi) üzləşməsi riski daha azdır. Ürək və damar xəstəliklərindən qorunmaq üçün ideal qidadır.

Qara mərci

Bir fincan qara mərci qadınların gündəlik dəmir ehtiyacının yarısını qarşılayır. Lif baxımından zəngin olan mərci xolesterolu aşağı salır və immuniteti gücləndirir.

Qara çay

Keyfiyyətli qara çay ən az yaşıl və ağ çay qədər faydalıdır.

Nyu-Cersinin Ratqerskiy universitetində aparılan tədqiqatlar zamanı qara çayın tərkibindəki maddələr səbəbindən əzələ ağrılarını aradan qaldırdığı məlum olub. Qara çay içmək infarkt riskini azaldır.

3601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı