Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Azərbaycanda Gənclərin AŞURA Forumu keçirilib

8 noyabr 2014-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində Gənclərin I Aşura Forumu keçirilib. Dəyərlər Oxucular Klubunun və Gənc Əhli-beyt (ə) sevərlər Forumunun birgə təşəbbüsü ilə təşkil edilmiş Gənclərin Aşura Forumu paytaxtdakı Beynəlxalq Mətbuat Mərkəzində baş tutub.

Gənclərin AŞURA forumu müqəddəs Qurani-Kərimin tilavəti və daha sonra Dövlət Himninin iştirakçılar tərəfindən birgə səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra forumu giriş sözü ilə açan Dəyərlər Oxucular Klubunun moderatoru Nuran Mikayıloğlu forumun keçirilməsi təşəbbüsünün necə meydana gəlməsi və reallaşması, habelə forumun qarşısına qoyduğu məqsəd və hədəflərdən danışıb.

Ardınca forum iştirakçıları, o cümlədən Dəyərlər Oxucular Klubunun və Gənc Əhli-beyt (ə) sevərlər Forumunun fəalları forumun açılışı münasibətilə ilkin salamlama çıxışları ediblər. Daha sonra forumun ilk paneli start götürüb.

İlk paneldə çıxış edən məruzəçi Murad Həsənzadə “Kərbəlanın həyati mesajları” mövzusunda çıxış edib. O, qeyd edib ki, müasir dövrdə mədəni sərhədlərin aradan getdiyi bir zamanda Aşuranın həyati mesajları daha mühüm əhəmiyyət kəsb etməkdədir.

Növbəti çıxışçı, araşdırmaçı-yazar Mətləb Həmzəli “Aşurada verilən suallar və nəticələri” mövzusunda çıxış edərək Aşuraya qədər İmam Hüseynə (ə) yönələn suallara, həmçinin onların cavablarına və faktiki nəticələrinə, onlardan həyatımız üçün çıxan dərslərə toxunub.

İlk panelin növbəti məruzəçisi Azər Cabbarlı Aşura ilə bağlı topluma aşılanmasına cəhd edilən şübhələrdən danışıb, çıxışında bu şübhələri cavablandırıb.

Birinci panelin sonunda çıxışlar ətrafında forum iştirakçılarının fikir və nəzərləri, replika və qısa çıxışları dinlənilib. Maraqlı və geniş müzakirələr doğuran ilk panelin müzakirəsindən sonra Aşura gününə həsr olunmuş video-çarx nümayiş olunub.

Daha sonra Gənc Əhli-beyt (ə) sevərlər Forumunun moderatoruRüfət Əliyev forumun ikinci panelini açıq elan etmişdir. Araşdırmaçı-yazar Mehdi Fərəc “Aşuranın gənclik mesajları” mövzusunda çıxış edib.

Növbəti məruzəşi L.Hacızadə Aşura və Kərbəla fenomenlərinin təhlilində müxtəlif aspektlərə toxunub, onlardan çıxan nəticələri təhlil edib.

Məhərrəm-Səfər əyyamının həyatımızda buraxdığı əvəzolunmaz izlərdən danışan növbəti çıxışçı Yusif Abdullah, Kərbəlada əxlaqi dəyərlərin ən yüksək səviyyədə yaşandığını vurğulayıb.

İkinci panelin son məruzəçisi, Dəyərlər Oxucular Klubunun moderatorlarından olan Sahib Kazımlı deyib ki, Aşura həqiqətləri müasir dövrümüzdə daha yaxşı tanınıb, nəinki hadisənin baş verdiyi dövrdə. S.Kazımlı çıxışının davamında İmam Əlidən  (ə) mövzu ilə bağlı “Sabah məni tanıyarsınız və sirlərim sizin üçün açılar” hədisini xatırladaraq, eyni halın İmam Hüseynə (ə) də şamil olunduğu bildirib.

İkinci panel də geniş müzakirələr, replika və fikir mübadiləsi ilə davam etdirilib.

Sonda forumda iştirak edən İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, Deyerler.org-un baş redaktoru Hacı İlqar İbrahimoğlu forumla bağlı fikirlərini bölüşərək, Gənclərin Aşura Forumunun baş tutmasını qeyd edib, səsləndirilən fikir, təşəbbüs və yanaşmalarla bağlı öz tövsiyələrini gənclərlə bölüşüb.

Gənclərin Aşura Forumunun yekununda Forumun sənədi tədbir iştirakçılarına çatdırılıb və xatirə fotoları çəkilib./Deyerler/
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1186 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08