Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Moskvada metro qarşısında atışma: 4 yaralı

Moskvanın “Kaxovskaya” metro stansiyasının qarşısında baş vermiş atışma zamanı 4 nəfər yaralanıb. Life News-un verdiyi xəbərə görə, ilkin məlumata görə, münaqişədə azı 15 nəfər iştirak edib.

Məlumata görə, yaralılardan biri qarın nahiyəsindən, digərləri isə aşağı və yuxarı ətraf nahiyəsindən güllə yarası alıb.

Atışma zamanı metronun yaxınlığında park edilmiş bir neçə avtomobil zədələnib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Hadisə yerində aşkarlanmış gilizlərin “Makarov” tipli tapançaya aid olduğu ehtimal edilir.

İnsident nəticəsində aşağıdakı şəxslər yaralanıb:

1. Rüstəmov Munis, 30 yaş.

2. Kərimov Əzim, 20 yaş.

3. Əlibarov Lakambek, 34 yaş.

4. Xudoberdıyev Kərim, 30 yaş.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.
914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18