Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

İŞİD öz balalarını “yeyir”

Təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) İraqın müxtəlif meydanlarında ardıcıl məğlubiyyətdən sonra, təkfirçilər arasında bir-birlərinə qarşı şək-şübhə artmış və onlar bir-birlərini xəyanətdə ittiham edirlər.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, İraq Oyanış Şurası Konqresinin rəisi Əhməd Əbu Rişə özünün rəsmi saytında İŞİD təkfirçi terrorçuları arasında hərc-mərclik, ümidsizlik və məğlubiyyət hisslərinin yarandığını bildirib.
O yazıb: İraq Silahlı Qüvvələrinin İraqın müxtəlif regionlarında ardıcıl qələbələri, Zimar və Rəbiədə, habelə İraqın Kürdüstan regionunda pişmərgə qüvvələrinin qələbələri özünü İŞİD-in xəlifəsi adlandıran Əbubəkr əl-Bəğdadini öz meydan komandirlərini dəyişməyə və bəzi bölmələrdə əsaslı dəyişiklər etməy məcbur edib. Belə ki, Bağdadi İraqdakı komandirlərin əksəriyyətini Suriyaya göndərib və İraqda başqa millətlərdən olan şəxsləri komandir təyin edib.
Hesabata əsasən, artıq İŞİD öz tabeliyində olan qüvvələrə, xüsusilə təkfirçi kürdlərə və bəzi əşirə üzvlərinə şəkk-şübhə ilə baxır. Belə ki, indiyə qədər 8 nəfər sünni döyüşçünü həbs edib. Bir neçə kürdü xəyanət ittihamı ilə edam edib. Sonra da elan edib ki, bu şəxslər dövlət yaxud pişmərgə qüvvələrilə əməkdaşlıq edirmişlər.
Bəzi siyasi və terrorçu təşkilatların fəaliyyətini izləyən ekspertlər deyirlər ki, İŞİD artıq öz övladlarını “yeməyə” başlayıb.
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16,