Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Ən-Nüsrənin İdlibdə ağır vəziyyəti və İŞİD-lə əməkdaşlıq ideyası

Əl-Qaidə terror təşkilatının Suriya qolu olan ən-Nüsrə cəbhəsi İdlib əyalətində ağır vəziyyətdə olduğu üçün qruplaşma İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terror qruplaşması ilə müttəfiq olmaq və koalisiya qurmaq fikrinə düşüb.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin İdlibə havadan zərbələr endirməsi nəticəsində çoxsaylı üzvünü itirən ən-Nüsrə vəziyyətdən çox narahatdır.
Digər tərəfdən isə, ən-Nüsrə cəbhəsi Suriya ordusunun polkovniki Suheyl əl-Hüseyn tərəfindən İdlibin cənub istiqamətindən başlamış əməliyyatlardan da narahatlıq hissi keçirir.
Yuxarıda qeyd olunan şərait ən-Nüsrə cəbhəsini Suriya ordusunun gələcək əməliyyatları ilə mübarizə aparmaq üçün İdlib ətrafındakı başqa silahlı qüvvələrlə əməkdaşlıq etmək və koalisiya qurmaq fikrinə salıb. Bu istək isə indiyə qədər yaxınlıqdakı silahlı terrorçu qruplaşmaların heç biri tərəfindən qəbul edilməyib.
Kiçik qruplaşmaların ən-Nüsrəyə yardım etməməsi nəticəsində bu qruplaşma liderləri İŞİD-lə müqavilə bağlamaq fikrinə düşüblər.
Digər tərəfdən isə, məlumatlara görə Suriya ordusu İdlib ətrafındakı Xan Şeyxun, Mərə ən-Noman və Kənsəfərə şəhərlərində ən-Nüsrə cəbhəsinin mövqelərinə zərbələr endirib. Nəticədə onlarla terrorçu öldürülüb və bir çoxu yaralanıb.
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber