Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Çomski: İran İŞİD-i bir göz qırpımında məhv edə bilər

Amerikalı linqvist, filosof və politoloq Avram Noam Çomski Russia Today telekanalına müsahibə verərək ABŞ-ın İŞİD əleyhinə koalisiyada İranla əməkdaşlıq etməməsini tənqid edərək, təkidlə deyib: Əgər Tehran İŞİD əleyhinə koalisiyada iştirak etsəydi, bu terrorçu qruplaşmanı bir göz qırpımında məhv edərdi.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Çomski deyib: Əgər Amerika beynəlxalq qanunlara hörmət etsəydi BMT Təhlükəsizlik Şurası vasitəsilə hərəkətə keçməli idi. Amerika İŞİD-i BMT TŞ-da sülh üçün təhdid olaraq müzakirəyə çıxarmalı idi. Birbaşa müdaxilə üçün icazə almalı idi. Sonra ABŞ əməliyyatda iştirak etməli idi. Belə olsaydı, İran da əməliyyatlarda iştirak edə bilərdi.
Çomski İraq rəsmilərinin İrandan İŞİD-lə müharibədə kömək istədiyinə işarə edərək dedi: İranın güclü hərbi qüvvəsi var. Əgər onlar müharibəyə girsələr, İŞİD-i bir göz qırpımında məhv edərlər.
O Amerikanın hazırda İranı görməzdən gəlməsinə işarə edərək dedi: Amerikanın rəhbərliyi altında fəaliyyət göstərən koalisiya beynəlxalq hüquq qaydalarına ziddir.
Vaşinqton dövlətinin İŞİD-lə quru əməliyyatlarında başqa terrorçu qruplaşmalara arxayın olduğuna işarə edərək vurğuladı: Bu addıma Amerikanın ən yaxın müttəfiqi olan Türkiyə müxalifdir.
Çomski bildirdi: Səudiyyə Ərəbistanı İŞİD-in ən mühüm maddi və ideologiya təminatçısıdır. İŞİD-in doktrinası Ərəbistandakı vəhhabi və sələfilərin doktrinası ilə eynidir.
O bir daha Amerikanın rəhbərlik etdiyi koalisiyanı mənasız və qeyri-qanuni adlandırdı.
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41