Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Murad Ədilovun yaxınları ifadələrini dəyişdi

AXCP üzvü, hazırda Kürdəxanı təcridxanasında saxlanılan Murad Ədilovun həyat yoldaşı və anası ötən gün Baş Mütəşəkkil Cinayətkarlığıa Qarşı mübarizə İdarəsində (BMCQMİ) olub. Onlar Murad Ədilova açılan cinayət işi üzrə ilkin ifadələrin dəyişmək üçün idarəyə dəvət ediliblər. Bu dəvət Ədilovların şikayəti əsasında baş tutub. Çünki, Murad Ədilov həbs edilən gün onun evlərinə soxulan çoxsayda (19 avtomobillik heyət) güc strukturu əməkdaşları hədə və təhdid yolu ilə yuxarıda adı çəkilən şəxslərdən onların iradəsinə zidd və obyektivliyə uyğun olmayan ifadə almışdılar.

Xatırladaq ki, evə hücum zamanı ailə üzvləri hələ də müalicəsi davam edən travmalar alıb və faktiki alınan ifadələr zamanı Muradın yaxınları normal psixoloji vəziyyətdə olmayıb. Bu ifadələr Murad Ədilova qarşı həbsqətimkan tədbiri seçiləndə də istifadə edilmişdi. Daha sonra bu ifadələri aradan qaldırmaq üçün Muradın yaxınları BMCQMİ-ə müraciət etmişdilər. Müraciətə müsbət cavab gəldiyindən onlar ötən gün müstəntiq Hacı Əfəndiyevə yeni izahat veriblər.

Vəkillər hesab edir ki, istintaq və məhkəmə Murad Ədilovun işi obyektiv araşdırmağa meyilli olarsa, verilən son izahatlar xeyli dərəcədə işə yararlı ola bilər.

AXCP üzvü Murad Ədilov avqustun 11-də yaşadığı Sabirabad rayonun Xəlfəli kəndində saxlanılanılıb. O, rayon polis idarəsində amansız işgəncələrə məruz qalıb. Bakıdan gələn əməliyyatçıların azı 5-i rayon polis rəisinin müavini Əlfağa Kazımovun və Cinayət Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyevin iştirakı ilə Muradı bir saata yaxın döyərək ondan öz iradəsi əleyhinə ifadə almağa çalışıblar. Lakin, buna nail ola bilməyiblər. Muradın yaşadığı evdə “axtarış” zamanı yasdığın altından narkotik “tapılmışdı”. Əməliyyatçılar bu tapıntını rəsmiləşdirmək üçün təhdid və təzyiq yolu ilə Muradın həyat yoldaşı və anasından onların iradəsinə zidd izahatlar almışdılar./azadlıq/
838 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı