Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Bakıda qarşıdurma: 4 polis yaralanıb

Noyabrın 8-də saat 08 radələrində 160-170 nəfər Xəzər rayonunun Binə qəsəbə sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz əlaməti olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərib. Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atıb, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetirib, "Fiat-Doblo" markalı iki xidməti avtomobilə isə ziyan vurulub.

Hadisənin fəal iştirakçılarından 19 nəfər polisə gətirilib. 4 nəfər - o cümlədən 2 azyaşlı xəbərdarlıq edilərək buraxılıb, 11 nəfər barəsində inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP