Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: 
Salamu-aleykum. Aga, Huseyniyyeni hansisa mechul bir vaxta veqf edile bilermi? Yeni muselmanlarin daimi yeri olana qeder kimse oz mulkiyyetini davamli olaraq dini merasim ve fealiyyete veqf ede bilermi? Ve bu emel veqf adlanacaq? Veqfin tam menasini aciqlayardiniz, zehmet deyilse.

Cavab:
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Vəqf sözünün lüğətdə mənası dayanmaq, dini termində isə, dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pulvə s. Ümumiyyətlə insan iki cür öz mülkünü digərlərinin ixtiyarında qoya bilər:
1-Vəqf etməklə. Yəni öz mülkünü Allah yolunda məscid yaxud hüseyniyyə üçün vəqf edir ki bu halda, heç vaxt onu geri ala bilməz və hər bir dəyişiklik də edə bilməz məsələn onu söküb materialını satsın və basqa işdə işlətsin. Eyniylə məsciddəki kimi ki heç kəs ona əl uzadıb mənimsəyə bilməz və o durduqca məscid kimi qalacaq.
2-İkincisi həbs adlanır. Bu da elə bir növ vəqf etməkdir amma müəyyən bir zaman üçün. Məsələn bir insan öz mülkünü 10 il müddətində hüseyniyyə qərar verir ki, buna dini termində həbs deyilir və təyin olunmuş müddətdən sonra yenidən öz mülküyyətinə qayıdır. Deməli müsəlmanların müəyyən bir yeri olana qədər, insan öz mülkünü Hseyniyyə qərar verə bilər və bu Vəqf deyil həbs adlnaır. Qeyd etməliyik ki, hər ikisinin savabı vardır. Həm vəqfin və həm də həbsin.
Allah sizə yar olsun.

1204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...