Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Bu gün hava necə olacaq?

Noyabrın 10-a Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var.

Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində bu gün hava əsasən yağmursuz olsa da, gecə və səhər bəzi yerlərdə duman olacaq. Aran rayonlarında gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxta, 3 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
1403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP