Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

İspaniya parçalanır?

İspaniyanın Kataloniya əyalətinin müstəqilliyi ilə bağlı səsvermə başa çatıb.

İspaniyanın Kataloniya bölgəsində qeyri-rəsmi surətdə keçirilən səsvermədə 1,9 milyon adam iştirak edib.

İspaniyanın Konstitusiya Məhkəməsi bu qərarın qanuna zidd olduğunu elan etsə də Kataloniya muxtar regionunun başçısı Artur Mas bunun simvolik xarakter daşıdığını bildirib.

İspaniyanın Baş naziri Mariano Rajoy da referendumun heç bir nəticəsinin hüquqi qüvvəyə malik olmayacağını vurğulayaraq, kataloniyalıları "fəhmli olmağa səsləyib" və Konstitusiya çərçivəsində muxtariyyətin genişləndirilməsi barədə danışıqların keçiriləcəyini vəd edib.

Kataloniyalılar arasında müstəqillik qazanmaq arzusu İspaniyada iqtisadi böhran başlanandan sonra güclənib.

Qeyd edək ki, sentyabrın 19-da regional parlament 106 səs lehinə, 28 səs əleyhinə səsverməsilə referendumun keçirilməsi barədə qərar qəbul etmişdi./ans/
995 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı