Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Əsir İŞİD-çi danışdı: "İngilis, fransiz üzvlər baş kəsməkdə çox həvəslidirlər"

Uzun illər Suriyada döyüşəndən sonra sərhədi keçərək Türkiyəyə keçən və burada saxlanılan 27 yaşlı suriyalı İŞİD yaraqlısı Abu Almouthanna ABŞ-ın "Fox News" telekanalına müsahibə verib.

2012-ci ildə Suriya ordusuna əsir düşən İŞİD yaraqlısı orada 10 ay işgəncə gördükdən sonra Azad Suriya Ordusuna qatıldığını deyib.

Bundan sonra "Əl Qaidə"yə bağlı olan "Əl Nüsra" və sonda İŞİD-ə qoşulduğunu deyən Almouthanna buna görə özünü çox xoşbəxt hesab elədiyini bildirib. O: "xristiaanları, kürdləri və yezidiləri öldürməklə bağlı hər hansı bir problem yoxdur. Amma digər cihatçı döyüşçülərin ailələrinə, qohum-əqrabalarına toxunmaq çox yanlışdır" - deyib. Yaraqlı əlavə edib ki, terror təşkilatında özlliklə ingilis, fransiz üzvlər "baş kəsməkdə çox həvəslidirlər, tez-tez belə suallarla rəhbərəliyə müraciət edirlər".

Abu Almouthanna İŞİD-də hər döyüşçüyə aylıq maaş verildiyini bildirib: "Təşkilata qatıldıqdan sonra mənə aylıq 150 dollar verməyə başladılar. Amma bununla belə çox sərt qaydalara riayət etmək lazımdır. Əgər hər hansı qayda pozularsa,bu ölüm deməkdir".
İŞİD-in taktiki döyüşlərində ən təsirli və güclü qrupun çeçenlər olduğunu deyən əsir Abu Almouthanna liviyalıların isə silahsız savaşdığını vurğulayıb. İŞİD-in hücum taktikası haqqında da məlumat verən Abu Almouthanna bildirib ki, döyüş əsasən kamikadzenin önə çıxması ilə başlayır, daha sonra isə silahlılar hücuma keçir: "Döyüş bitdikdən sonra əsasən məsum qadın və uşaqlar öldürülməyə başlayır".

Abu Almouthanna deyib ki, Markadakı sonuncu 5 həftəlik döyüşdən sonra qaçmağa qərar verib və Türkiyə sərhədini keçib.

Verdiyi müsahibənin sonunda özünə bu döyüşlərdə yer tapa bilmədiyini, hazırda İŞİD tərəfindən axtarıldığınıvə haqqında ölüm əmri çıxarıldığını bildirib./ann/
1189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber