Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

İŞİD neftin qiymətini 20 dollara salıb

İŞID terror qruplaşmasının İraq ərazisində bir neçə neft yatağı ələ keçirib. Bundan əlavə, məlumat yayılıb ki, terrorçular İraq neftinin bir barelini cəmi 20 dollara satırlar. Bu barədə “Russian Today” İraqın Maliyyə Nazirliyinin idarə rəhbəri Müvafak Taha əl-Xuriyə istinadən məlumat yayıb.
“İraqın diplomatik idarəsi və Neft Nazirliyi İŞİD-in nefti kimə satdığını müəyyənləşdirmək və müvafiq tədbirlər görülməsi üçün dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində ciddi çalışır”, - deyə mənbə qeyd edib./musavat/
768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20