Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Səddam Hüseynin atasının məzarı partladı

İŞİD terror qruplaşmasının üzvləri İraqın sabiq prezidenti Səddam Hüseynin atasının Tiqritdəki məzarını və onun yaxınlığındakı məscidi partladıblar. Analitik.az musavat.com-a istinadən bilirir ki, bu barədə İraqın “Əl Mada Press” informasiya agentliyi məlumat yayıb. Partlayış nəticəsində məscidin binası, həmçinin şəhərin mərkəzindəki qəbiristanlıq bütünlüklə dağıdılıb. Bildirilir ki, terrorçular məscidin içərisində və ətrafında əldəqayırma partlayıcı qurğular yerləşdirdikdən sonra onu partladıblar.
Əlavə edək ki, S.Hüseynin atasının məzarı bundan öncə 2006-cə ildə hücuma məruz qalmışdı. O zaman məscid və qəbir ciddi zərər görmüşdü.
1022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi