Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Livan ordusu "Əl Nüsra" silahlılarının qarşısını kəsib

Suariya ordusu milli müdafiə güclərinin dəstəyi ilə Dəcəl-əş Şeyx dağının yamaclarında yaşayış məntəqələrini ələ keçirmiş "Əl Nüsra" terror qruplaşması ilə döyüşlərini davam etdirir. SİA itar.tass-ın Beyrut bürosuna istinadən xəbər verir ki, qızğın döyüşlər nəticəsində 90 nəfər "Əl Nüsra" üzvü öldürülüb.

Ötən cümə axşamından başlayaraq isə Beyt-Tima, Beyt-Cin, Kfar-Hor və Beyt-Saber ərazilərində vəziyyət daha da kəskinləşib. "Əl-Vətən" qəzetinin yazdığına görə, "Cəbhət əl Nüsra" və "İslam batalyonu" qruplaşmaları ilə düyüşlərdə milli müdafiə güclərindən 27 nəfər öldürülüb. Belə ki, onların hamısı bu regionda yaşayan və çoxluq təşkil edən dağ druzları millətindəndirlər.

Katna şəhərinə isə dəstək üçün əlavə ordu gücləri yerdilib. Hərbi komandanlıq qərar verib ki, silahlı terror qruplaşmalarını tam məhv etməyənə qədər döyüşləri davam etdirəcəklər. Hərbi əməliyyatlarda helikopterlər və rekativ artileriya qurğularından istifadə olunur.

Bu arada Livan ordusu da Suariya ordusuna dəstəyini davam etdirməkdədir.

Belə ki, Livan sərhədçiləri Suriyanın terrorçular yerləşdiyi şəhərləri olan Şəbaa və Arkubanı tam nəzarəti altına alıb. Sərhədçilər yaralı silahlıların ölkə ərazisinə keçmələrinin qarşısını almaqda davam edir./sia/
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10