Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

İranın RQ 170-i uçuş sınağından çıxdı

Bu gün İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) raket mütəxəssislərinin şəhadəti münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı general Əmir Əli Hacızadə ABŞ-dan əsir götürdükləri RQ 170 pilotsuz hərbi təyyarəsinin uçuş sınağından uğurla çıxdığını bildirdi.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, o bildirib: Əgər şəhid Tehrani Müqəddəmin zəhmətləri olmasaydı və o öz vəzifələrinə əməl etməsəydi İslam rejiminin qüdrət və təhlükəsizliyinə şahid olmazdıq. Bu qüdrət və asayişə görə şəhidlərə borcluyuq.
O əlavə etdi: Tehrani Müqəddəm Vilayəti-Fəqih tərəfindən qarşısına qoyulan vəzifələrə əməl edirdi. O ölkənin qüdrətli olmasını özü üçün hədəf təyin etmişdi. O raket dəstəyi məsafəsinin 2 min kilometrə qədər artırdı və bunu yerli istehsal etməyi də bacardı.
O dedi: Tehrani Müqəddəm təkcə raket sahəsində çalışmırdı. O pilotsuz təyyarələr, helikopterlər, yer-hava və hava-hava tipli raket proyektlərində də ciddi cəhdlə çalışırdı.
Hacızadə sonda dedi: Biz söz vermişdik ki, RQ 170 pilotsuz təyyarəsinin İran modeli ilin ikinci yarısında havaya qalxacaq. Artıq bu baş verib. Onun video süjeti yaxın vaxtlarda yayımlanacaq.
1163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16,