Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

İŞİD-ə 4 tərəfli zərbə

ABŞ, İraq ordusu, Əsəd qüvvələri və Kobanidəki kürd qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçülərinə ağır zərbələr endirməkdə davam edir.

Türkiyə mediası xəbər verir ki, İraq rəsmiləri ölkənin ən böyük neft emalı zavodunun yerləşdiyi Beyci şəhər mərkəzini azad etdiklərini bildirib. İki gün davam edən toqquşmalarda Sərxa Həsən Vesmi də başda olmaqla İŞİD-in 80 militanı öldürülüb.

İraq ordusu və şiə milisərinin verdiyi açıqlamada Anbar vilayətindəki döyüşlər zamanı 16 kənddə nəzarətin bərpa edildiyi deyilir.

Suriyada prezident Bəşər Əsədə sadiq qüvvələrin İŞİD-ə qarşı istifadə edilən 7 çən bombasının partladılması nəticəsində 30 döyüşçü öldürülüb, 100-ü isə yaralanıb.
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP