Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

İŞİD-ə qoşulmağın yeni şərti

Əş-Şərq əl-Əvsət qəzeti xəbər verir: İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terror qruplaşması qruplaşmaya qoşulmaq üçün Fars körfəzi ətrafındakı ərəb ölkələri, İordaniya, Misir və İngiltərədəki vəhhabi şeyxlərdən “tövsiyənamə” almağı şərt qoyub.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, qəzetin yazdığına görə, Londonda sələfilərin başçılarından biri bu barədə belə məlumat verib: İŞİD-ə qoşulmaq istəyən yeni üzvləri qəbul etmək üçün Misir, İordaniya, Fars Körfəzi ölkələrin və ya İngiltərədə məşhur şeyxlərdən birindən və cərəyan başçılarından bir “tövsiyənamə” gətirmək şərtdir.
Terrorçu İŞİD qruplaşması bildirib ki, Suriya torpağına salamat çatmaq üçün yeni üzvlər bir neçə “tövsiyənamə” almalıdırlar ki, təhlükəsizlik yoxlamalarından keçdikdə heç olmasa bir “tövsiyənamə”ni İŞİD-ə təqdim edə bilsinlər.
Bu sələfi başçı deyib: İŞİD-ə qoşulan ingilislər yeni qonaqlara özləri “tövsiyənamə” verirlər. Çünki burada İŞİD-ə bağlı yerli şeyxlər yoxdur.
1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP