Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Bin Ladenlə əl bir olan şəxs Yəməndə öldürüldü

Səudiyyə Ərəbistanı vətəndaşı Turki Məşuvi Usəyri əl-Qaidə terror təşkilatının keçmiş lideri Üsəma bin Ladenə yaxın şəxs olmuşdur. O 2006-cı ildə Səudiyyə hökuməti rəsmilərinin səyilə Quantanamo həbsxanasından azad edilmişdi.
Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, azad olduqdan sonra da terror fəaliyyətini davam etdirən Usəyri sonda Yəməndə həlak oldu.
Son zamanlar İŞİD terror qruplaşması ilə beyət edən Useyri Yəmənin Ləhəc əyalətində güc strukturları ilə atışmada öldürüldü. Onunla əl bir olan şəxs də yaralı olaraq ələ keçdi.
Ərəbistanın əl-Həyat qəzetinin verdiyi məlumata əsasən, əl-Qaidə terror təşkilatı Usəyrini Ləhəc əyalətinə hakim təyin etmişdi. Useyri daha öncə Əfqanıstan, Çeçenistan və Filippində də döyüşmüşdü.
39 yaşı olan bu terrorçu 2001-ci ildə koalisiya qüvvələrinin Əfqanıstana hücumundan sonra həbs edilmişdi. Səudiyyə onu 2006-cı ildə azad etdikdən iki il sonra əl-Qaidə ilə əməkdaşlıq etmək üçün Yəmənə göndərdi.
Yəmənin Səbə xəbər portalı Ləhəc təhlükəsizlik komitəsinə istinadla məlumat verib ki; Əbu Xalid əl-Məkki ləqəbli Usəyri Ləhəc əyalətinin Təbən şəhərində təqib zamanı qaçarkən zərərsizləşdirilib. Onunla əl bir olan Murad Saleh əs-Səruri yaralandıqdan sonra silahlı qüvvələr tərəfindən ələ keçirilib.
883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber