Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Sovet hökuməti qəmə vurmaqdan başqa bütün dini mərasimləri Azərbaycan şiələrinə qadağan etmişdi

Dini məsələlərdə həmişə ağılın əhəmiyyətinə təkid edən Ali Məqamlı Rəhbər buyurur: "Mən iki-üç il bundan qabaq qəmə vurmaq barədə danışdım, əziz xalqımız da onu bütün vücudları ilə qəbul və əməl etdilər. Son vaxtlarda bir nəfər mənə bir mövzu barədə danışdı. Bu mənim üçün çox maraqlı və diqqəti çəkən idi. Onu sizin üçün də danışıram.
Keçmiş sovetlər birliyi və onun şiələr yaşayan hissəsi –Azərbaycan Respublikası – məsələləri ilə tanış olan bir nəfər deyirdi: Azərbaycanda kommunistlər hakimiyyətdə olduqları zaman islami əsərlərin hamısını məhv etdilər. Məsələn, məscidləri anbarlara çevirdilər, dini salonları, hüseyniyyələri başqa mərkəzlərə çevirdilər, islam və şiəlikdən heç bir əsər-əlamət qoymadılar. Təkcə bir şeyə icazə verdilər, o da qəmə vurmaq idi.
Rus kommunistlərin öz əlaltılarına verdikləri göstəriş bu idi ki, müsəlmanlar namaz qılmasınlar, camaat namazı təşkil etməsinlər, Quran oxumasınlar, əzadarlıq məclisləri keçirməsinlər. Heç bir dini fəaliyyət göstərməsinlər. Amma qəmə vura bilərlər. Niyə? Çünki qəmə vurmaq onlara anti-din və anti-şiəlik təbliğatı apramaq üçün bir vasitə idi. Düşmən bəzən bunun kimi işlərdən din əleyhinə belə istifadə edir. Hər vaxt xürafat meydana gəlsə, xalis din bədnam olacaq. (İmam Rza (ə) hərəminin zəvvarları və Məşhəd sakinləri ilə görüşündəki çıxışından: 21/3/1997.) /AranNews/
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber