Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Babilin şimalında İŞİD-in rabitə sistemi kəşf edildi

Adının çəkilməsini istəməyən iraqlı mənbə Babilin şimalındakı Curf ən-Nəsrdə (əvvəlki Curf əs-Səxər) İraq və Şamda İSRAİL Dövləti (İŞİD) təkfirçi terrorçu qruplaşmasına məxsus olan rabitə sistemini kəşf etdiklərini bildirmişlər.
Nur-az.com-un əl-Aləmə istinadlı məlumatına əsasən, İraq təhlükəsizlik qüvvələri İŞİD-in istifadə etdiyi rabitə sistemini kəşf etdiklərini xəbər veriblər.
Onlar burada böyük sursat anbarı da kəşf ediblər. Terrorçular burada müxtəlif bombalar, tank və təyyarə əleyhinə raketləri yerin altında gizlətmişdilər.
O bildirib: Rabitə sistemi və sursat anbarı dəqiq kəşfiyyat məlumatlarından sonra kəşf edilib.
O bildirib ki, Curf ən-Nəsr məntəqəsində əhalinin adi yaşayışını təmin etmək üçün mina və partlayıcı qurğuların tam təmizlənməsi üçün bir il vaxt lazımdır.
Qeyd edək ki, Babil əyalətinin rəhbərliyi oktyabr ayının 28-i Curf əs-Səxər rayonunun adını Curf ən-Nəsr olaraq dəyişməyi qərara almışdır. Əyalət rəhbərliyi rayonun mərkəzi meydanında xatirə abidəsinin ucaldılacağını da qərara alıb.
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
Go to TOP