Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

17 saylı CM-də 5 məhbus özünü doğradı

Noyabrın 13-dən 14-nə keçən gecə Bakının Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində 5 məhbus özünü doğrayıb. Musavat.com saytının yaydığı məlumata görə gecə yarısı müəssisəyə Penitensiar Xidmətin rəhbərliyi və həkim briqadası gedib. Hazırda venalarını ülgüclə doğrayan məhbusların vəziyyəti ağırdır. Onları tibb məntəqəsinə yerləşdiriblər.

Olayın baş verməsinə səbəb isə Qobustan qapalı təcridxanasından müəssisəyə etap olunan Rəşad adlı məhbusun nəzarətçilər tərəfindən döyülməsi və karsa salınmasıdır. Məhbuslar müəssisə rəhbərliyindən Rəşadın karsdan çıxarılmasını tələb ediblər. Lakin onların tələbləri yerinə yetirilməyib və məhbuslar özlərini doğramaqla buna etiraz ediblər. Baş vermiş bu olay 17 saylı cəzaçəkmə müəssisəsində baş verən ilk deyil. Bu il avqustun 3-də beş məhbus - Orxan Xurşudlu, Seyran cahangirov, Ceyhun Hadıyev, Səxavət Kərimov və Telman Əsədov müəssisəyə yeni təyin olunan rəis əvəzi Elçin Əlicanovun qanunsuz davranışına və dustaqları incitməsinə etiraz olaraq özlərini doğramışdılar.
Qeyd edək ki, bu müəssisənin rəisi bir müddət əvvəl işdən çıxarılıb. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da bir müddət əvvələdək bu müəssisədə cəza çəkirdi. N.Pənahlı vaxtaşırı bu müəssisədə ciddi qanun pozuntularının olması barədə mətbuata məlumat verirdi, ölkə rəhbərliyinə müraciət edirdi. Məsələ ilə rəsmi mövqe açıqlansa, diqqətə çatdıracağıq./azadlıq/
2462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43