Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

"QMİ dinlə bağlı ciddi iş görmür"

Sərdar Cəlaloğlu: "Bu, sovet dönəmindən qalma institutdur və hökmən dəyişilməlidir"

ADP sədri Sərdar Cəlaloğlu Moderatora açıqlamasında Qamqaz Müsəlmanları İdarəsinin fəaliyyətini sərt tənqid edib:
"QMİ Azərbaycanda dinlə bağlı heç bir ciddi iş görmür. Sovet dönəmində din sıxışdırılmışdı. Lakin bu gün mövcud azadlıqdan ən az bəhrələnən din xadimləridir. Doğrudur, müstəqillikdən sonra məscidlər tikildi. Lakin QMİ-nin alimləri dinlə bağlı ciddi, fundamental əsərlər ortaya qoymayıb. QMİ hakimiyyətin verdiyi qərarların icrasını həyta keçirir. Halbuki, bu qərarları dünyəvi şəxslər verdiyi üçün ola bilsin ki, həmin qərarlar Quranın fəlsəfəsi ilə ziddiyyət təşkil etsin. QMİ bu cür qərarların qəbulunu önləmək əvəzinə onların icrasına yardım edir. Azərbaycda dinin təşkilində, onun idarə olunmasında ciddi problemlər var. QMİ bu problemlərin həllinə nail ola bilmir. Bu, sovet dönəmindən qalma bir insitutdur və hökmən dəyişilməlidi".
1115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...