Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

"Azərbaycanda müstəqil mediaya qarşı repressiyalar dayandırılmalıdır"

Miyatoviç: "Azərbaycanda müstəqil mediaya qarşı repressiyalar dayandırılmalıdır"

Azərbaycanda bloqqer Mehman Hüseynovun saxlanmasından sonra ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç noyabrın 10-da tələb edib ki, Azərbaycanda müstəqil mediaya və ifadə azadlığına qarşı artan repressiv addımlar dayandırılmalıdır.
Miyatoviç deyib :”Praktiki olaraq Azərbaycanda bütün müstəqil media təmsilçiləri və media QHT-ləri məqsədyönlü, çox vaxt da əsassız ittihamlarla təqib olunur”.
Miyatovic ATƏT-in 11-ci Cənubi Qafqaz Media Konfransında iştirak etmək üçün Tbilisiyə gedib. Mehman Hüseynov məhz bu konfransa gedəndə noyabrın 10-da onu Bakı hava limanından buraxmadılar. Miyatovic qeyd edib ki, konfransa dəvət olunan Xədicə İsmayılova da konfransa gedə bilməyəcək, səbəb -hakimiyyətin onun səfər edə bilməsinə qoyduğu məhdudiyyətlərdir. Miyatoviç deyib: "Mən Azərbaycan hakimiyyətini azad mediaya qarşı bu düşmənçilik yanaşmasını dayandırmağa çağırıram". /azadliq.org/
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP