Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

Vladimir Putin: “Rublun məzənnəsi sabitləşəcək”

Rusiyanın dövlət başçısı Vladimir Putin Çinə səfəri zamanı Asiya-Sakit okean iqtisadi əməkdaşlıq forumunda son zamanlar diqqətlə izlənilən aktual iqtisadi mövzulara toxunub. Pekində söylədiyi niqində o bir daha vurğulayıb ki, Rusiya kapitalın azad hərəkatına heç bir məhdudiyyət qoymaq fikrində deyil.

Putin xarici sərmayəçiləri əmin edib ki, ölkədə qızıl-valyuta ehtiyatları və digər iqtisadi göstəricilərlə bağlı durum yaxşıdır və xatırladıb ki, Rusiyanın Uzaq Şərq bölgəsində bir neçə qabaqcıl ərazilərin yaradılması gündəmdədir ki, bu da maliyyə yatırımları üçün olduqca sərfəli bir layihəyə çevrilə bilər.

Rusiyanın dövlət başçısı son zamanlar rublun məzənnəsi ilə bağlı gərgin vəziyyətə də toxunub. Onun fikrincə, hazırki vəziyyət süni şəkildə əmələ gətirilən sıçrayışlardan başqa bir şey deyil.

“Rublun məzənnəsi ilə bağlı yaranmış vəziyyət yaxın vaxtda düzələcək. Ölkəmizin Mərkəzi bankı bu cür təxribatlara qarşı ciddi tədbirlər həyata keçirir və bu addımlar öz nəticəsini göstərəcək. Bu məsələdə ən vacib olan odur ki, bütün bu halların Rusiyadakı real iqtisadi vəziyyətlə heç bir əlaqəsi yoxdur və valyuta bazarında müşahidə olunanlar tez bir zamanda tarazlıq halına gətiriləcək”. Rusiya prezidenti belə deyib.

Maraqlısı odur ki, Vladimir Putinin bu bəyanatı maliyyə bazarındakı duruma dərhal təsirini göstərib və rus rublu həm dollar, həm də avroya nisbətdə öz mövqelərini möhkəmləndirib. Belə ki, 1 dollar 45 rubla, 1 avro isə artıq 56 rubla təklif olunur.

Bu arada noyabrın 10-dan etibarən Rusiyanın Mərkəzi bankı bivalyuta səbətinin dəhlizini ləğv edərək rublun məzənnəsinin dəstəklənməsinə yönəlmiş maliyyə intervensiyalarından imtina edib. Bu barədə Mərkəzi bankın sədri Elvira Nabiullina bildirib. O qeyd edib ki, rublun məzənnəsinin formalaşması bu gündən etibarən sırf bazar iqtisadiyyatı amillərinin təsiri nəticəsində formalaşacaq.


Yeri gəlmişkən, ölkədə aparılan sosioloji sorğular göstərir ki, rusiyalıların əksəriyyəti hakimiyyətin düzgün iqtisadi siyasət aparmasına inanır, lakin yaranmış vəziyyətlə bağlı onu da qeyd etmək lazımdır ki, sorğuda iştirak edənlərin təqribən 20 faizi Rusiyada iqtisadi durumun birmənalı şəkildə pis olduğunu bildiriblər.
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı